Rüstəm İbrahimbəyov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 05.02.1939
  • Vəfat tarixi: 11.03.2022

Biography

Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov Bakıda anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (1962), SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasında, Moskvada Ali rejissorluq və ssenaristlik kurslarının ssenari bölməsində (1967), sonra isə rejissorluq bölməsində (1974) təhsil alıb. Namizədlik dissertasiyası müdafiə edib.

İlk hekayəsi “Mürəbbəsiz çörək”i 1962-ci ildə yazıb. “Şirəbənzər”, “Yaşıl qapı arxasında qadın”, “Öz yolu ilə”, “Təmas”, “Qum üzərində ev”, “İstintaq”, “Ultimatum”, “Kaliforniyada dəfn” pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Ümumilikdə 50-yə yaxın pyesi var.

 

Xarici film istehsalçılarının çəkdikləri filmlərdə iştirak edib:

Ssenari müəllifi kimi:

“Bunun eybi yoxdur” (1969, rejissor Yakov Bronşteyn / Qırğızıstan),

“Çekist haqqında povest” (1969, rejissorlar Boris Durov, Stepan Puçinyan / Rusiya),

“Səhranın bəyaz günəşi” (1969, rejissor Vladimir Motıl / Rusiya),

“Müharibənin sonunda sakit gün” (1970, rejissor Nikita Mixalkov / Rusiya)

“O vaxt mən yox dedim” (1973, rejissor Pavel Arsenov / Rusiya),

“Cinayət” (1976, rejissor Yevgeni Taşkov / Rusiya),

“Risqin strategiyası” (1978, rejissor Aleksandr Proşkin / Rusiya),

“Ay işığında atlar” (1979, rejissor Oleq Tulayev / Tacikistan),

“Məhəbbətlə yarıbayarı” (1979, rejissor Sergey Mikaelyan / Rusiya, Bolqarıstan)

“Kloun Muslya” (1980, rejissor Vladimir Şahidcanyan / Rusiya),

“Onun xoşuna gəlirəm” (1986, rejissor Ənvər Turayev / Tacikistan),

“Talismanım, qoru məni” (1986, rejissor Roman Balayan / Ukrayna),

“Filier” (1987, rejissor Roman Balayan / Ukrayna),

“Sərbəst enmə” (1987, rejissor Mixail Tumanişvili / Rusiya),

“Vurulmayan sillə” (1987, rejissor İqor Şatrov / Rusiya),

“Vəhşi” (1988, rejissor Kamara Kamalova, Özbəkfilm / Özbəkistan),

“Avtostop” (1990, rejissor Nikita Mixalkov / Rusiya, İtaliya),

“Urqa” (1991, rejissor Nikita Mixalkov / Rusiya, Fransa),

“Günəşdən usanmışlar (1994, rejissor Nikita Mixalkov / Rusiya, Fransa, İtaliya, Çexiya),

“Sibir bərbəri” (1998, rejissor Nikita Mixalkov / Rusiya, Fransa, İtaliya, Çexiya),

“Şərq-Qərb” (1999, rejissor Rejis Varnye / Fransa, Ukrayna, Rusiya, İspaniya, Bolqarıstan),

“Sirlər” (2000, rejissor Mixail Kalatozişvili / Rusiya)

“Ayı ürəyi” (2001, rejissor Arvo İxo / Estoniya, Rusiya, Çexiya, Almaniya)

“Qaçmağı düşünürəm” (2003, rejissor Murad İbrahimbəyov / Rusiya)

“İşıqlı gecə” (2004, rejissor Roman Balayan / Rusiya, Ukrayna)

“Anna” (2005, rejissor Yevgeni Ginzburq / Rusiya)

“Cənnət quşları” (2008, rejissor Roman Balayan / Ukrayna)

“Stalinə hədiyyə” (2008, rejissor Rüstəm Abdraşev / Qazaxıstan)

“Qorxunc zaman” (2010, rejissor Aleksandr Daruqa, İbrus / Rusiya)

“Çaşqın, qəzəbli, quduz…” (2011, rejissor Mixail Məmmədov / Rusiya)

Ssenari müəllifi və prodüser kimi:

“Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ)

“Köçərilər” (2006, rejissorlar Sergey Bodrov, Talqat Temenov, Ayven Passer / Qazaxıstan)

“Mənim Dağıstanım. Etiraf” (2014, rejissor Murad İbrahimbəyov, İbrus / Rusiya)

“Qafqaz triosu” (2015, rejissorlar Eldar Şengelaya, Fuad İbrahimbəyov, Temur Butikaşvili / Gürcüstan, İspaniya, Rusiya)

 

Prodüser kimi:

“Dyuba-dyuba” (1992, rejissor Aleksandr Xvan / Rusiya),

“Parisi görmək və ölmək” (1992, rejissor Aleksandr Proşkin / Rusiya),

“Aleksandr. Nevski döyüşü” (2008, rejissor İqor Kalyonov / Rusiya).

 

Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” (rejissor Nikita Mixalkov, Rusiya) filmi Amerika Kino Akademiyasının “Oskar” mükafatına (1994), 47-ci Kann Beynəlxalq Film Festivalında Jurinin Böyük Mükafatına layiq görülüb.

“Urqa – məhəbbət dairəsi” (1991, rejissor Nikita Mixalkov) filmi Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına layiq görülüb. Ən yaxşı xarici film kimi “Oskar”a namizəd olub.

“Şərq-Qərb” (1999) filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub.

Ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

48-ci Beynəlxalq Antalya “Qızıl portağal” kino festivalında (2011, Antalya / Türkiyə) Rüstəm İbrahimbəyova “Ömür boyu şərəf mükafatı” təqdim edilib. 41-ci Beynəlxalq “Gənclik” kinofestivalında “Qızıl skif maralı” mükafatı alıb (2011, Kiyev / Ukrayna).

Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısı (1998), Rusiyanın əməkdar incəsənət xadimidir (1995). Azərbaycan (1981), Rusiya (1993, 1995, 1997, 1999) və SSRİ-nin (1981) Dövlət mükafatlarına layiq görülüb. Rusiya dövlət mükafatına 3 dəfə layiq görülmüş yeganə şəxsdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeninə layiq görülüb (1999).

1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və bir müddət Bakıda fəaliyyət göstərmiş “İbrus” teatrının təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (1981-2022), MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri (1992-2022), Avropa Kino Sənəti Akademiyasının (Felix), ABŞ Kino Akademiyasının üzvü Rüstəm İbrahimbəyov 2022-ci ildə vəfat edib.

 

 

Rejissor, prodüser, ssenari müəllifi Rüstəm İbrahimbəyov rejissor Fuad İbrahimbəyov və aktrisa Fatimə İbrahimbəyovanın atasıdır.

Rejissor, prodüser, ssenari müəllifi Rüstəm İbrahimbəyov aktrisa Lyudmila Duxovnayanın həyat yoldaşı olub.

Rejissor, prodüser, ssenari müəllifi Rüstəm İbrahimbəyov yazıçı Maqsud İbrahimbəyovun qardaşıdır.

 

 

Filmoqrafiya:

Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (1968, qısametrajlı sənədli film) – ssenari müəllifi

Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Ömrün səhifələri (II) – Nəğmə dərsi (1974, tammetrajlı bədii film, kinoalmanax) – ssenari müəllifi, əsərindən istifadə olunub

Günlərin bir günü… – Süita (1976, tammetrajlı bədii film – kinoalmanax) – rejissor, ssenari müəllifi

Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Ad günü (1977, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Qara Qarayev – 60 (1978, qısametrajlı sənədli film) – ssenari müəllifi

İstintaq (1979, tammetrajlı bədii film) – ssenari müəllifi

Anın quruluşu (1980, tammetrajlı bədii film) – ssenari müəllifi

Neft çağırır (1980, qısametrajlı sənədli film) – ssenari müəllifi

Bağlı qapı (1981, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Son söz (1981, qısametrajlı sənədli film) – ssenari müəllifi

Başlanğıc (1982, animasiya filmi) – ssenari müəllifi

İstirahət gecəsi (1982, qısametrajlı sənədli film) – ssenari müəllifi

İşgüzar səfər (1982, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Yeddi gözəl (1982, tammetrajlı bədii film) – ssenari müəllifi

Gəmi saatının sirri (1983, tammetrajlı bədii film) – ssenari müəllifi

Park (1983, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub

Bir axşam… (1985, animasiya filmi) – ssenari müəllifi

Səfillər (1985, qısametrajlı sənədli film) – ssenari müəllifi

Özgə ömür (1987, tammetrajlı bədii film) – ssenari müəllifi

Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – ssenari müəllifi

Yanar qəlbin ritmləri (1989, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi

Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – ssenari müəllifi

Çalışan adam (1995, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser

Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – ssenari müəllifi

Ailə (1998, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser

Etimad telefonu (2001, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, montaj rejissoru

Ovsunçu (2002, tammetrajlı bədii film) – ssenari müəllifi

Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub, prodüser

Üç qız (2006, tammetrajlı bədii film) – prodüser

Niyyət (2009, tammetrajlı bədii film) – bədii rəhbər

Kabusun gözüylə (2010, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser

Şirəbənzər (2012, tammetrajlı film-tamaşa) – rejissor

 

x