Ruslan Hüseyn

rejissor

Personal Info

  • Doğum tarixi: 25.09.1982

Biography

Ruslan Zakir oğlu Hüseyn (Ruslan Hüseyni / Ruslan Hüseynov) Qazaxıstanda anadan olub. Bakıda musiqi məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində (2003-2007) təhsil alıb. Bir müddət T.İsmayılov adına Sarayın “Cücələrim” ansamblının üzvü olub (vokalist). Nizami muzeyində tərtibatçı-rəssam (2005-2007), AzTV-də dekorçu, rejissor köməkçisi, rejissor kimi çalışıb (1999-2007). 2007-ci ildən İTV-nin rejissorudur. “Usta Yusifin kamançası” filmi “Ən yaxşı debüt” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

 

x