Ruhəngiz Qasımova

bəstəkar

Personal Info

  • Doğum tarixi: 12.07.1940
  • Vəfat tarixi: 09.10.2022

Biography

Ruhəngiz Nağı qızı Qasımova Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) və s. var. Televiziya tamaşalarında ssenari müəllifi və vəs rejissoru kimi çalışıb. Əməkdar incəsənət xadimi (2005) Ruhəngiz Qasımova 2022-ci ildə vəfat edib.

 

x