Rüfət Şabanov

rejissor

Personal Info

  • Doğum tarixi: 22.06.1922
  • Vəfat tarixi: 04.08.1998

Biography

Rüfət İsmayıl oğlu Şabanov Bakıda anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rus Dram Teatrında (1942) başlayıb, sonra Bakı kinostudiyasında (1944) çalışıb. Ali təhsil almaq məqsədilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olsa da, ailə vəziyyəti ilə bağlı təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda davam etdirib (1945-1952). Rus Dram Teatrında truppa müdiri, rejissor (1951-1957), “Azərbaycanfilm” kinostudiyasında rejissor (1957-1967), televiziya-kino çəkilişləri redaksiyasının baş rejissoru olub (1967-1981). Əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. Əməkdar incəsənət xadimi Rüfət Şabanov 1998-ci ildə vəfat edib.

Rejissor Rüfət Şabanov aktrisa Elmira Şabanovanın həyat yoldaşı olub.

Rejissor Rüfət Şabanov rejissor Fuad Şabanovun və Leyla Şabanovanın atasıdır.

 

x