Rüfət Əhmədzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 25.03.1933
  • Vəfat tarixi: 15.12.1988

Biography

Rüfət Zülfüqar oğlu Əhmədzadə Bakıda anadan olub. Atası xalq düşməni kimi həbs edilib və ailə Balakən rayonuna köçüb. Əmək fəaliyyətinə erkən yaşlarında orada başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. Bədii yaradıcılığa 1953-cü ildə “Əziz Bayram” şeiri ilə başlayıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ömrünün sonuna qədər “Kirpi” satirik jurnalının redaksiyasında çalışıb, korrektordan baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. 11 kitab, 4 musiqili komediya (“Sizin ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş”, “Hələlik”), televiziya tamaşaları və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib. Rüfət Əhmədzadə 1988-ci ildə vəfat edib.

 

 

 

x