Rövşən İsax

rejissor

Personal Info

  • Doğum tarixi: 14.08.1970

Biography

Rövşən İsax (Rövşən Məmmədov İsax oğlu) Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram teatrı və kino aktyoru” fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan televiziyasında “Virtouz” verilişində, Space TV-də rejissor kimi çalışıb. Samanyolu televiziyasının Azərbaycan filialının icraçı direktoru olub (1998-2001). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (1993-1998). Hazırda “Pozitiv media”nın direktorudur. Onlarla reklam çarxının, bədii filmin və serialın rejissorudur.

 

x