Rauf Süleyman

rejissor

Personal Info

  • Doğum tarixi: 22.01.1944

Biography

Rauf Süleyman (Rauf Mirzəyev Həsən oglu) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. 1968-ci ildən Azərbaycan televiziyasında mikrofon operatoru kimi işə başlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – “Ədəbi-dram verilişləri” baş redaksiyası, “Gənclik” redaksiyasında “İdrak”, “Zəriflik”, “Evrika”, “Tələbə dünyası”, “Dünyaya sevinc gərək”, “Yeddi sual, yeddi cavab”, “Ev sizin, sirr bizim”, “Qurama”, “İlham pərisi” kimi verilişlər hazırlayıb.

Rejissor Rauf Süleyman rejissor, aktyor Həsənağa Mirzəyevin və aktrisa Ətayə Əliyevanın oğludur.

Rejissor Rauf Süleyman rejissor Ramiz Həsənoğlunun qardaşıdır.

 

x