Rauf Dadaşov

rejissor, rəssam

Personal Info

  • Doğum tarixi: 04.11.1944
  • Vəfat tarixi: 09.02.2020

Biography

Rauf Məmmədağa oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursda (1975) təhsil alıb. 1970-ci ildən “Azərbaycanfilm”də, 1990-cı ildən “Azanfilm” studiyasında rejissor-rəssam-animator kimi çalışıb. “Qarğa balası və özgə yuvası” filminə görə “Ən yaxşı multiplikasiya filmi” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2006). Əməkdar mədəniyyət işçisi (2008) Rauf Dadaşov 2020-ci ildə vəfat edib.

Rejissor, rəssam Rauf Dadaşov aktyor Məmmədağa Dadaşovun oğludur.

Rejissor, rəssam Rauf Dadaşov aktrisa Kübra Dadaşovanın qardaşıdır.

 

 

 

x