Rasim Ocaqov

rejissor, operator

Personal Info

  • Doğum tarixi: 22.11.1933
  • Vəfat tarixi: 11.07.2006

Biography

 

Rasim Mirqasım oğlu Ocaqov Şəkidə anadan olub. Gənclik illərində foto ilə maraqlanıb. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. O, peşəkarların işlərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alıb. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. Daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (1977). 1973-cü ildən quruluşçu-rejissor çalışıb. 1990-cı ildən “Ocaq” müstəqil studiyasının rəhbəri olub. Əməkdar incəsənət xadimi (1967), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) Dövlət mükafatları laureatı Rasim Ocaqov 2006-cı ildə vəfat edib.

 

 

 

x