Rasim İsmayılov

rejissor, operator

Personal Info

  • Doğum tarixi: 13.07.1936
  • Vəfat tarixi: 03.05.2004

Biography

Rasim Rza oğlu İsmayılov Bakıda anadan olub. Uşaqlıq çağlarında aviasiya ilə maraqlanıb, təyyarəçi olmağa hazırlaşıb. Təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçməyib. İkinci hobbisi fotoqrafiya idi. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti işləməyə başlayıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb (1958-1963, Boris Volçekin kursu). Bir müddət Azərbaycan televiziyasında çalışıb. 1963-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1977-ci ildən isə quruluşçu rejissor kimi işləməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uşaqlar üçün nağıllar, hekayələr yazıb. “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb. Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978) Rasim İsmayılov 2004-cü ildə vəfat edib.

Rejissor, operator Rasim İsmayılov ssenarist Nadejda İsmayılovanın həyat yoldaşı olub.

Rejissor Rasim İsmayılov rəssam Rafis İsmayılovun qardaşıdır.

 

x