Rasim Balayev

aktyor

Personal Info

  • Doğum tarixi: 08.08.1948

Biography

Rasim Əhməd oğlu Balayev Ağsuda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1969). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Birinci katibi olaraq çalışıb (1993-2013).

Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) filmində patriot rolunda, “Əli şimşəkli atlı” (1975, rejissor Hasan Hacıqasımov / Rusiya) filmində Elberd rolunda, “Pusqu” (1977, rejissor Marat Aripov / Tacikistan) filmində Əli Rezo filmində, “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov / Özbəkistan) serialında Buxara əmiri rolunda, “Dağ novellası” (1979, rejissorlar: İzmail Burnaçev, İles Tatayev / Rusiya) filmində rus dili müəllimi Vek-Xan rolunda, “Əgər Yer kürəsi dairəvi olsaydı” (1980 / Almaniya) filmində, “Oyanma” (1983, rejissor Lətif Feyziyev / Özbəkistan) filmində Abdurazam bəy rolunda, “Təklikdə” (1984, rejissor Qiyas Şermuhammedov / Özbəkistan) filmində, “Tənha kommersantın uduşu” (1984, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Böyük müharibədə kiçik adam” (1989, rejissor Şuhrət Abbasov / Özbəkistan) filmində, “Qara qış” (1992 / İran) filmində, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filmində, “Qanlı Bosniya” (1993 / Türkiyə) filmində, “Sükut kodeksi 2” (1993, rejissor Zinoviy Royzman / Rusiya, Özbəkistan) filmində polkovnik Ağayev rolunda, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində taksi sürücüsü rolunda və kadrarxası mətnin səsləndirilməsi, “İbrahim Gülşəni Həzrətləri” (1997 / Türkiyə)  filmində, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında prokuror Kazımov rolunda, “Maqomayev” (2019, rejissorlar Dmitri Tyurin, Roman Prıqunov / Rusiya) serialında Camal əmi rolunda çəkilib.

Kino sahəsindəki xidmətlərinə görə Lenin komsomoluna (1974), Dövlət mükafatına (1986), “Şöhrət” ordeninə (1998), “Şərəf” ordeninə (2018) layiq görülüb. Əməkdar artist (1976), Xalq artistidir (1982).

 

Filmography

  • Movie Name

    Ratings

  • İstintaq

    tammetrajlı bədii film

    0 /10

Trailers & Videos

trailers
x

Filmi izlə:

aktyor

x