Ramiz Rövşən

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 15.12.1946

Biography

Ramiz Rövşən (Ramiz Əliyev Məmmədəli oğlu) Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964-1969), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (1976-1978). “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Ssenariləri əsasında filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək xaricdə çap olunub.

“Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nün (2013), Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya əfsanəsi” mükafatının (2019) sahibidir. Azərbaycan Respublikasının Xalq şairidir (2019).

 

x