Ramiz Məlikov

aktyor

Personal Info

  • Doğum tarixi: 04.08.1943

Biography

Ramiz Ağarza oğlu Məlikov (Ramiz Məlik) Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1963-1967, Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşovun kursu). Son kursda oxuyanda 1967-ci ilin fevralında bütün qrup ilə 1949-cu ildə bağlanmış İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini bərpa etmək üçün Ermənistana gedib. Teatr 28 aprel 1967-ci ildə Cəfər Cabbarlının “Sevil” dramı ilə pərdələrini açanda o, həmin tamaşada Balaş rolunu oynayıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluqla yanaşı Əkrəm Əylislinin «Yastı təpə», Leonard Frankin «Yad adam», İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Dövlət mükafatı laureatı (1984), Əməkdar artist (1982), Xalq artistidir (1998). “Şöhrət” ordeninə layiq görülüb (2019).

Aktyor Ramiz Məlikov rejissor Anar Məliklinin atasıdır.

 

x