Ramiz Həsənoğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 13.04.1946

Biography

Ramiz Həsənoğlu (Ramiz Mirzəyev Həsənağa oğlu / Ramiz Drazi / Ramiz İrəvani-Bakuvi / Jorj Mirzəyev) İrəvanda anadan olub. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi Azərbaycana üz tutur. İki yaşlı Ramiz valideynləri ilə birlikdə Gəncə şəhərinə yerləşir, 1956-cı ildə Bakıya gəlirlər. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsində (1965-1971), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun telerejissura ixtisasında (1973-1978) təhsil alıb. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. Azərbaycan televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasının (1993), “Azərbaycantelefilm”in rəhbəri olub (2019-2020). 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramların və filmlərin rejissorudur. Eyni zamanda Musiqili Komediya Teatrında və Milli Akademik Dram Teatrında tamaşalara da quruluş verib. “Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015). Əməkdar incəsənət xadimi (1989), Xalq artistidir (2006).

Rejissor Ramiz Həsənoğlu aktrisa Ətayə Əliyevanın və rejissor, aktyor Həsənağa Mirzəyevin oğludur.

Rejissor Ramiz Həsənoğlu rejissor Rauf Süleymanın qardaşıdır.

 

x