Ramiz Abdullayev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 23.06.1953

Biography

Ramiz Həbibulla oğlu Abdullayev Maştağa qəsəbəsində anadan olub. Bakı Dəmir Yolu Texnikumunda (1970-1975), “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində (1995-1999) təhsil alıb. “Necə unudum səni”, “Sevgi duyğuları”, “Sevgi dolu gecələr”, “Olacağa çarə yoxdur”, “Vətən torpağı”, “Zemlya Otçizna”, “Biznesmen”, “Bahar yağışı”, “Pasport”, “Sevgi çiçəyi” və s. şeir və musiqili komediya kitablarının müəllifidir. Pyesləri səhnələşdirilib, şeirlərinə 250-dən artıq mahnı bəstələnib. 1996-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun “Daşıma Prosesləri İdarəetmə Birliyi”ndə rəis müavini vəzifəsində çalışır. “Qızıl qələm” mükafatı laureatıdır.

 

x