Ramiz Əzizbəyli

rejissor

Personal Info

  • Doğum tarixi: 20.07.1948
  • Vəfat tarixi: 09.06.2021

Biography

Ramiz Hacıağa oğlu Əzizbəyli Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb (1977). 1957-ci ildə orta məktəbin ikinci sinfində oxuyanda Azərbaycan televiziyasının Uşaq Verilişləri Redaksiyasının verilişlərində çıxış etməyə başlayıb. 11 yaşı olanda uşaq rollarını səsləndirmək üçün dublyaj studiyasına dəvət edilib. Ona qədər belə obrazları aktrisalar səsləndirərdilər. Televiziyada olduğu kimi, burada da o, ilk uşaq idi. 1999-cu ildə təsis olunan “ADƏM” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının vitse-prezidenti olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub. “Şöhrət” ordeni laureatı (2018), Əməkdar artist (2000), Xalq artisti (2008) Ramiz Əzizbəyli 2021-ci ildə vəfat edib.

 

x