Ramil Ələkbərov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 16.01.1979

Biography

Ramil Gülmalı oğlu Ələkbərov Şamaxıda anadan olub. Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının “Merhaba Yenigün”, “Haber Kordinasyon Merkezi” verilişlərində, “Sırlar dünyası” və “Şubat Soğuğu” seriallarında təcrübə keçib. Samanyolu televiziyasının Azərbaycan bürosunda çalışıb (2003-2005). 2005-ci ildən İctimai televiziyanın redaktorudur. Bakı Beynəlxalq Turizm Filmləri Festivalının proqram direktoru olub (2013-2017). “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində Polşa kinematoqrafçılarının iştirakı ilə “Bakı sübhdən günbatanadək” layihəsində sənədli film üzrə master-klassların və “Euronews” kanalının xəbər təlimlərinin iştirakçısı olub (2014). “MOZALAN: Biz və Zaman” Film festivalında “ən obyektiv jurnalist” (2004) və “Əkinçi” Jurnalist Cəmiyyətinin “Həsən bəy Zərdabi” adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. “Kinozal” verilişinə görə (prodüser və müəllif, Xəzər TV) Mədəniyyət və Turizm Nazirliyinin televiziya sahəsində ən yaxşı jurnalist işi nominasiyasında ikincilik mükafatı qazanıb (2009). Müxtəlif sosial çarx, reklam və korporativ filmlərdə, serial, televiziya layihələri, animasiya, sənədli və bədii filmlərdə ssenari müəllifi, kopirayter, rejissor, ikinci rejissor, redaktor və prodüser kimi çalışıb.

 

x