Rahim Sadıqbəyli

rejissor

Personal Info

  • Doğum tarixi: 25.06.1965

Biography

Rahim Sadıqbəyli (Rəhim Sadıqbəyli / Rahim Sadıqov) Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1982), Moskvada Ali rejissorluq və ssenari kurslarında (1989-1991) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti və ikinci rejissor (1988-1993), AzTV-də rejissor (1993-1998), ANS-də prodüser və efir rejissoru (1998-1999), İnternews-də prodüser (1999-2000), STV-də redaktor (2000-2001), ATV-də yaradıcılıq işləri üzrə vitse prezident (2001-2003) vəzifələrində çalışıb. 2003-cü ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin Linköping bələdiyyəsində web tv prodüseri və 2011-ci ildən ictimai telekanal olan UR-də sujetlər prodüseri kimi fəaliyyətdədir. Xaricilərə ünvanlanmış proqramlar departamentinin prodüseri və məsləhətçisidir. Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəridir.

 

 

 

x