Rafis İsmayılov

rəssam

Personal Info

  • Doğum tarixi: 30.03.1939

Biography

Rafis Rza oğlu İsmayılov (Rafiz Rza / Rafiz İsmayılov) Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1962), Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1966-1972, Mixail Boqdanov və Gennadi Myaskinovun emalatxanası) təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında bəzi tamaşaların rəssamı olub, kitablara illustrasiyalar çəkib. Əməkdar rəssam (1982), Xalq rəssamıdır (2000). “Sevinc buxtası” filminə görə Dövlət mükafatına (1978), “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Rəssam Rafis İsmayılov rejissor Rasim İsmayılovun qardaşıdır.

 

x