Rafiq Səməndər

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.01.1950

Biography

Rafiq Səməndər Quba rayonunun Rustov kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Birinci kursda ikən radioya, sonra da televiziyaya yön çevirib, Azərbaycan televiziyasında redaktor, baş redaktor, birlik rəhbəri, BMTİ telekanalında baş redaktor, “Yurd” jurnalında redaktorlar şöbəsinin müdiri, Lider televiziyasında qrup rəhbəri (2000-2002), İctimai televiziyada “Ədəbiyyat və incəsənət” departamentinin direktoru, “Xüsusi layihələr üzrə departament”in direktoru və “Carçı film” yaradıcılıq birliyinin baş redaktoru olaraq çalışıb. Azərbaycan Beynəlxalq Universitetində dərs deyib. 20 bədii əsərin və 25 pyesin, 20 yanvar şəhidlərinə həsr edilmiş 150 min tirajla çap olunan “Şəhidlər” kitabının müəllifidir.

 

 

x