Rafiq Hüseynli

diktor

Personal Info

  • Doğum tarixi: 04.08.1946
  • Vəfat tarixi: 26.10.2017

Biography

Rafiq Əyyub oğlu Hüseynli (Rafiq Hüseynov) Şuşada anadan olub. Bakıda – İçərişəhərdə yaşayarkən atasını erkən yaşlarında itirib. Orta məktəbi bitirdikdən sonra 17 yaşında televiziyada işıqçı kimi işə başlayıb. Diktor müsabiqəsindən keçdikdən sonra 1966-cı ilin dekabr ayında ilk dəfə diktor kimi efirə çıxıb. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında diktor və aparıcı kimi çalışıb. Televiziyada işıqçılıqdan sədr müavinliyinə kimi müxtəlif sahələrdə çalışıb. Bir çox filmlərin redaktoru olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs deyib. Xalq artisti, professor, Dövlət Mükafatı laureatı Rafiq Hüseynli 2017-ci ildə Almaniyada vəfat edib.

Diktor Rafiq Hüseynli diktor Roza Tağıyevanın və ssenarist Səbinə Hüseynlinin həyat yoldaşı olub.

Diktor Rafiq Hüseynli aparıcı, aktrisa Leyli Hüseynlinin atasıdır.

 

x