Rafiq Həşimov

rejissor

Personal Info

  • Doğum tarixi: 11.08.1966

Biography

Rafiq Məhəmməd oğlu Həşimov Ucarda anadan olub. 18 yaşına kimi Abşeronun Güzdək qəsəbəsində yaşayıb. Bakı Rabitə Elektrotexnikumunun “Televiziya və Radio texnikası” fakültəsində (1985), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1997) təhsil alıb. 1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində texnik kimi işə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1990-cı ildən diktor kimi fəaliyyət göstərib. “Xəbərlər”in, müxtəlif dövlət tədbirlərinin, “XX əsr” müəllif proqramının, “Səhər” proqramının aparıcısı olub. Space TV-də (2001-2003), Lider TV-də (2006-2007), Xəzər TV-də (2015) aparıcı və müxbirlərin nitqi ilə məşğul olub. Xəzər Universitetində nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib. Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində çap olunub. Ssenariləri əsasında bədii-sənədli filmlər çəkilib. 2020-ci ildə Azərbaycan televiziyasınn sədr müavini təyin olunub. Əməkdar artistdir (1998).

 

x