Rafiq Əzimov

aktyor

Personal Info

  • Doğum tarixi: 06.02.1938

Biography

Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. Səsi yaxşı olduğu üçün 4-cü sinifdə oxuyarkən onu məktəbin xor dərnəyinə yazıblar. Tar və dram dərnəyinə də üzv olub. 26 Bakı komissarı adına Mədəniyyət Sarayında Əli Qurbanovun uşaq dram dərnəyinə də gedib. Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi böyüklər üçün dram dərnəyində 6 il fəaliyyət göstərib. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. Təhsil illərində 5 əsəri kurs işi kimi təhvil verib. 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Xarici film istehsaçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov, Əli İsmayılov rolunda / Rusiya), “Absurdistan” (2008, rejissor Veit Helmer, dülgər rolunda / Almaniya) filmlərində çəkilib.

Əməkdar artist (1982), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2018).

 

 

 

x