Rafail Qəmbərov

operator

Personal Info

  • Doğum tarixi: 31.12.1947

Biography

Rafail Əli oğlu Qəmbərov (Rafael Qəmbərov / Rafiq Qəmbərov) Çeçenistanın Qroznı şəhərində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1966-1971, L.Kosmatovun emalatxanası). Bir neçə il Rusiyada Samara Kinoxronika Studiyasında, sonralar “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir necə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi və ilk rəhbəri olub (1998-2007). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Foto kompozisiya” (2021, Amin Novruzovla birgə) adlı dərsliyin həmmüəllifidir. Əməkdar incəsənət xadimi və Dövlət mukafatı laureatıdır (1981).

 

x