Rafael Dadaşov

aktyor

Personal Info

  • Doğum tarixi: 04.01.1946
  • Vəfat tarixi: 16.03.2020

Biography

Rafael Məlik oğlu Dadaşov Zaqatalada anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsində təhsil alıb (1966-1972). 1967-ci ildən əmək fəaliyyətinə başlayaraq Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb. Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda oranın Televiziya və Radio Komitəsində işləyib (1974-1976). 1976-cı ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb.

Xarici film istehsalçılarının çəkdiyi “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya-Litva), “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmlərində, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında çəkilib.

Əməkdar artist (1987), Xalq artisti (2006), “Şöhrət” ordeni laureatı (2019) Rafael Dadaşov 2020-ci ildə vəfat edib.

Aktyor Rafael Dadaşov aktyor Məlik Dadaşovun və aktrisa Sofiya Hüseynovanın oğludur.

 

 

 

 

Filmography

Trailers & Videos

trailers
x

Filmi izlə:

aktyor

x