Rəna Əliyeva

qrim rəssamı

Personal Info

  • Doğum tarixi: 10.03.1955

Biography

Rəna Hacıağa qızı Əliyeva (Rəna Fətullayeva) Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano ixtisasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1977-1982) təhsil alıb. 1981-ci ildən “Azərbaycanfilm” kinostudiyasında qrim rəssamı vəzifəsində çalışıb. “Mozalan” kinojurnalının 40-dan çox süjetində qrim rəssamı, həmçinin epizodik rollarda aktrisa kimi çalışıb. Xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Bəhruz Əfğəmi / İran), “Yas Ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa), “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi / İran) filmlərinin qrim rəssamı olub. Kliplərin və reklam çarxlarının çəkilişində iştirak edib.

x