Rəfiq Zəka Xəndan

mahnı mətni müəllifi

Personal Info

  • Doğum tarixi: 16.06.1939
  • Vəfat tarixi: 07.01.1999

Biography

Rəfiq Zəka Cəfər oğlu Xəndan Bakıda anadan olub. İlk şeir kitabı olan “Çağlayan” 1962-ci ildə nəşr olunub. “Axırı yaxşı olar” (1968), “Mənim əziz vəhşiciyim” (1970) musiqili komediyalarının mətnini yazıb, “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir. Keçən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Həmin illərdə Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırıb, “SIZE”, “Tanıtım” kimi türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etdirib. Azərbaycan İncəsənət Akademiyasının professoru olub, estetikadan mühazirələr oxuyub. Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi (1987) Rəfiq Zəka Xəndan 1999-cu ildə vəfat edib.

 

x