Qasım Nağı

aktyor

Personal Info

  • Doğum tarixi: 27.02.1974

Biography

Qasım Nağı (Qasım Nağıyev Gəncalı oğlu) İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin Teatr kollektivi rejissorluğu şöbəsində təhsil alıb (1994-1998). İsmayıllı rayon Mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında çalışıb (1991-1994). 1995-ci ildə Yuğ Dövlət Teatrında işıq rəssamı vəzifəsinə qəbul olub, həmin ildən teatrda hazırlanan müxtəlif tamaşalarda aktyor kimi fəaliyyətə başlayıb. Rejissor asistenti (1998-1999), 1999-cu ildən aktyor vəzifəsində çalışır. ATV-də dublyaj redaksiyasının rejissoru olub (2007-2010). 2015-ci ildən AMEA Folklor İnstitutunun Folklor Studiyasında rejissor vəzifəsində çalışır. “Humay” mükafatına layiq görülüb (2015).

Aktyor Qasım Nağı aktrisa Natəvan Qeybaninin həyat yoldaşıdır.

 

x