Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

musiqi ifaçısı

Personal Info

  • 1964

Biography

Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri

Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri

Azərbaycan SSR Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsinin Kamera Orkestri

Azərbaycan Televiziya və Radiosunun Kamera Orkestri

Azərbaycan Dövlət Kamera Orkestri

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri adı ilə təsis olunub. 1982-ci ildən orkestr Qara Qarayevin adını daşıyır.

Orkestrin baş dirijoru və bədii rəhbəri Xalq artisti, professor Nazim Rzayev olub.

1990-1994-cü illərdə orkestrə Xalq artisti Ramiz Məlikaslanov, 1995-1997-ci illərdə Yaşar İmanov, 1998-2018-ci illərdə Xalq artisti Teymur Göyçayev rəhbərlik edib. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak edib, xarici ölkələrdə Azərbaycan musiqi sənətini təmsil edib. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunub.

 

 

x