Qərinə Kərimova

aktrisa

Personal Info

  • Doğum tarixi: 16.06.1964

Biography

Qərinə Rəhim qızı Kərimova Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb (1986). 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsinin (1985) laureatı, vokalçıların M.Qlinka adına XII Ümumittifaq müsabiqəsinin (1987) III mükafatçısı olub. Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsində (1997) 3-cü mükafata layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. “Qızıl dərviş” mükafatı laureatı, Xalq artisti (1998), prezident təqaüdçüsüdür.

 

x