Qəndab Quliyeva

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 10.08.1949
  • Vəfat tarixi: 26.06.2017

Biography

Qəndab Həbib qızı Quliyeva Füzulinin Dilağarda kəndində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1976-1980), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1991-1996) təhsil alıb. 1982-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Repertuarında muğamlar, xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları geniş yer tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyib.  Xalq artisti (1992) Qəndab Quliyeva 2017-ci ildə vəfat edib.

 

x