Qədim Musiqi Alətləri Ansamblı

musiqi ifaçısı

Personal Info

  • 1996

Biography

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansambı

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Orkestri

Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradıcısı və 1996-2013 illərdə bədii rəhbəri sənətşünaslıq doktoru, professor, Xalq artisti Məcnun Kərimov olub. Ömrünü Azərbaycanın qədim musiqi alətlərinin bərpasına həsr etmiş Məcnun Kərimov çəng, çoğur, bərbət, çəqanə, tənbur, səntur, qopuz, rübab, rud, nüzhə musiqi alətlərindən ibarət ansambl təsis edib. Ansambl Azərbaycanın musiqi mədəniyyətini dünyanın bir çox ölkələrində təbliğ edir. Ansamblın 2013- cü ildən bədii rəhbəri, konsertmeysteri, Xalq artisti Munis Şərifovdur. Ansamblın solistləri Əməkdar artist Nuriyyə Hüseynova, Xalq artisti Teyyub Aslanovdur.

 

x