Polad Bülbüloğlu

bəstəkar

Personal Info

  • Doğum tarixi: 04.02.1945

Biography

Polad Bülbüloğlu (Polad Məmmədov Murtuza oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1968, Qara Qarayevin sinfi). Dəfələrlə Ümumittifaq televiziya müsabiqələrinin laureatı olub. Mahnı bəstəkarı və öz mahılarının ifaçısı kimi tanınıb. Filmlərə, dram tamaşalarına musiqilərin, simfoniya, simfonik poemaların müəllifidir. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsində çalışıb (1989-2006). Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir (2006-cı ildən).

Xarici film istehsalçılarınn çəkdikləri “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya) filminin bəstəkarı, “Sovet dövrünün parkı” (2006, rejissor Yuli Qusman, kameo rolunda / Rusiya) filminin aktyoru olub.

Əməkdar incəsənət xadimi (1973), Dağıstanın Əməkdar incəsənət xadimi (2015), Türkmənistanın Xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Xalq artistidir (1982). “Şərəf” ordeni ilə (2015), Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə (2020) təltif edilib.

Bəstəkar Polad Bülbüloğlu müğənni Bülbülün oğludur.

 

x