Pərviz Məmmədrzayev

aktyor

Personal Info

  • Doğum tarixi: 13.02.1971

Biography

Pərviz Müzəffər oğlu Məmmədrzayev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr kollektivinin rejissoru fakültəsində (1989-1994), Gürcü rejissor Robert Sturuanın ustad siniflərində (1998) təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının yardımçı heyətində, 1994-cü ildən isə teatrın nəzdində fəaliyyət göstərən “Dəli yığıncağı” pantomim teatr-studiyasında çalışmağa başlayıb. Teatr-studiya 2000-ci ildən dövlət statusu alaraq Azərbaycan Dövlət Pantomim Teatrına çevrilib. 2010-cu ildən müstəqil fəaliyyətə başlayıb, “Simsar” teatr-studiyasını təsis edib. Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb (2013-2016). 2017-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir. “Human” Teatrının həmtəsisçisi və bədii rəhbəridir (2017).

2001–ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında və “Musiqili teatr aktyoru” kafedrasında müəllim kimi fəaliyyət göstərir.

Xarici film istehsalçılarının “Dronqo” (2002, rejissor Sinoviy Royzman / Rusiya) serialında Pərviz Öcalov rolunda, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) serialında Sadek rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində qoçu rolunda, “Yeniçəri” (2022, rejissor İvan Şurxovetsi / Rusiya) serialında Trabzon valisi rolunda çəkilib.

Əməkdar artist (2006), Xalq artistidir (2018).

 

x