Orxan Fikrətoğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 21.03.1966

Biography

Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub. İdman internatında (1973-1983), M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb. İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. “Dünya haqqında nağıl” (1989), “Səhər” (1994), “Şirvan şeşəngisi” (1998), “3-cü günün adamı” (2000), “100 ilin kitabı” (2007), “Zaman” (2008), “Rəngli hekayələr” (1990, Moskva, “Oqonyok” jurnalının mükafatını qazanıb) kitabları, çoxsaylı esseləri dərc olunub. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. Kinostudiyada işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru işləyib. “Mozalan” studyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanalında veriliş aparıcısı olub. Hazırda İctimai televiziyada çalışır. 14 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir. Əməkdar incəsənət xadimidir (2016).

Yazıçı Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur.

 

x