Orxan Əliyev

prodüser, maliyyə meneceri

Personal Info

  • Doğum tarixi: 21.03.1990

Biography

Orxan Ərşad oğlu Əliyev (Orxan Behbid) Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildə məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşıb. Azərbaycan Dövlət Neft Akademiyasında (2008-2012), Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı çərçivəsində maliyyə ixtisası üzrə magistr pilləsində (2013-2015) təhsil alıb. 2011-ci ildə SOCAR-ın təqaüd proqramının qaliblərindən biri olub və ödənişli təcrübə proqramı çərçivəsində “Azəriqaz” İB-də İqtisadçı kimi əmək fəaliyyəti göstərib Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən təşkil olunan KOS-da mühasibat uçotunun təşkili ilə bağlı təlimləri müvəffəqiyyətlə bitirərək Sertifikata yiyələnib (2018). “Nəsimi – şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq Festivalı çərçivəsində “Söz” ədəbi layihəsinin qalibi olub (2019). “İp” (The rope) qısametrajlı animasiya layihəsi III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi” mükafatına layiq görülüb (2020). 2013-cü ildən “Azərbaycanfilm” kinostudiyasında maliyyə meneceri və icraçı prodüser kimi fəaliyyət göstərir. 2019-cu ildən “Azanfilm” animasiya studiyasında direktor müavini kimi çalışır. “OB FILM” MMC-nin təsisçisi və direktorudur.

Prodüser Orxan Əliyev ssenari müəllifi Elşad Ərşadoğlunun qardaşıdır.

x