Oqtay Kazımi

bəstəkar

Personal Info

  • Doğum tarixi: 27.12.1932
  • Vəfat tarixi: 09.08.2010

Biography

Oqtay Məmməd oğlu Kazımi (Oqtay Kazımov) Astarada anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsində (Hacı Xanməmmədovun sinfi), Bakı Musiqi Akademiyasında (1958-1962, Cövdət Hacıyevin bəstəkarlıq sinfi) təhsil alıb. Sumqayıt musiqi texnikumunda müəllim (1966-1967), dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə “Eksperiment” estrada orkestrini təşkil edib. Sonralar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib. Musiqi məktəbində oxuyarkən “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyib. “Həyat, sən nə qəribəsən”, “Bu dünya”, “Qaytar eşqimi”, “Məhəbbət insanlar” kimi mahnıları məşhurdur. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları” operettalarının, simfonik əsərlərin müəllifidir. Azərbaycanda ilk rok-operanın müəllifidir. Əməkdar incəsənət xadimi (1992), Xalq artisti (2006) Oqtay Kazımi 2010-cu ildə vəfat edib.

Oqtay Kazıminin fərdi saytı: www.oqtaykazimi.az

 

x