Oqtay Babazadə

rejissor

Personal Info

  • Doğum tarixi: 30.10.1941

Biography

Oqtay Ələkbər oğlu Babazadə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində (1968), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (1979) təhsil alıb. 1959-cu ildən Dövlət Teleradio Verilişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur. Rejissorluq filmotekasina 150-dən çox bədii, musiqili, sənədli filimlər daxildir. Çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Bakı Dövlət Universitetində dərs deyib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü – akademikidir. Əməkdar incəsənət xadimidir (2000).

 

x