Oqtay Əliyev

prodüser

Personal Info

  • Doğum tarixi: 19.06.1968

Biography

Oqtay Vidadi oğlu Əliyev İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram rejissoru fakültəsində təhsil alıb (1987-1992). Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi (1983-1985), Bakı şəhər Mədəniyyət İdarəsində rejissor (1989-1994) vəzifələrində çalışıb. “Virtuoz” (1993, AzTV), “Qırmızı xətt”, “Qərib filmlər” (ABA TV), “Korifey”, “Həftə çal-çağırı”, “İşdən sonra”, “Yalan doğru”, “Zəhmətkeş ulduzlar”, “Yuxunuz şirin olsun”, “Şou +”, “Günaydın” (Space TV), “Zarafatyana” (ANS), “Çal-çağır”, “Yeni ulduz”, “Xalq ulduzu”, “Kim kimdir?”, “Çal-çağır şou”, “Burada və indi”, “Gülmək qadağandır”, “Cehiz”, “Səs verməyin”, “Cer-cehiz”, “Söz oyunu”, “Belə yaxşıdır”, “Tamamla” (ATV) televiziya verilişlərinin müəllifi və baş prodüseri olub. 1998-ci ildən “SOY” production şirkətinin həmtəsisçisi və prezidentidir. “Humay” Milli Mükafatı, “Qızıl Pəri” Mükafatı laureatı, Əməkdar mədəniyyət işçisidir (2020).

Prodüser Oqtay Əliyev aktyor Vidadi Əliyevin və aktrisa Elmira İsmayılovanın oğludur.

Prodüser Oqtay Əliyev aktrisa Dilarə Əliyevanın həyat yoldaşıdır.

Prodüser Oqtay Əliyev media mütəxəssisi Elçin Əlibəylinin qardaşıdır.

 

x