Oktay Mir-Qasım

rejissor

Personal Info

  • Doğum tarixi: 12.06.1943

Biography

Oktay Mir-Qasım (Oqtay Mirqasımov Mirəsədulla oğlu / Oqtay Mirqasım / Oqtay Mir-Qasımov) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1968). 1965-ci ildə çəkdiyi 4 dəqiqəlik ilk filmi “Yollar” İnstitutda keçirilən festivalda birinci yeri tutub. 1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi başladığı əmək fəaliyyətini institutdan sonra da davam etdirib. Sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Qazaxıstan istehsalı olan “Vəd edilən torpaqlar” (2010, rejissor Slambek Taukel) filmində Bekmurad rolunda çəkilib. “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb (1993-2001). Hazırda “Yeni Film” Yaradıcılıq Birliyinin rəhbəridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Cəfər Cabbarlı mükafatına layiq görülüb (2015). Xalq artisti (2000), “Şöhrət” (2003) və “Şərəf” (2018) ordenləri laureatıdır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb (2008).

Rejissor Oktay Mir-Qasım aktrisa Ayan Mirqasımovanın atasıdır.

 

x