Nurəddin Mehdixanlı

aktyor

Personal Info

  • Doğum tarixi: 06.10.1956

Biography

Nurəddin Əzizulla oğlu Mehdixanlı (Nurəddin Quliyev) Cəlilabadın Tahirli kəndində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974-1978, Adil İsgəndərovun kursu). 1978-ci ildə təyinatla Akademik Milli Dram Teatrında işə götürülüb və bir müddət bu teatrda çalışıb (1978, 1980-1990). Qısa bir müddət Bakı Bələdiyyə Teatrının aktyoru olub (1992-1994). 1994-cü ildən etibarən Akademik Milli Dram Teatrının aktyorudur. 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının aktivlərindən üzvlərindən biri, Respublika əhəmiyyətli Nümayiş Komitəsində, mitinqlərin və hərəkat liderlərinin təhlükəsizlik məsələləri üzrə rəhbər olub. 1989-cu ildə yaranan Qarabağa Xalq Yardımı Komitəsinin xüsusi şöbəsinin və təşkilat şöbəsinin rəisi, 1990-ci ildə Komitə sədrinin müavini, 1991-ci ildən isə sədrin birinci müavini, ilk müstəqil qəzet olan “Azərbaycan” qəzetinin redaksiya heyətinin üzvü olub. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının ilk üzvlərindən və yaradıcılarından biri olub. O vaxtdan başlayaraq VHP-nin Ali Məclisinin və Siyasi Şurasının üzvü, partiyanın siyasi məsələlər üzrə katibi olub.

Xarici film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer / Almaniya) filmində arıçı rolunda çəkilib.

“Şöhrət” ordeni ilə təltif olunub (2019). Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (1986), Əməkdar artist (1998), Xalq artistidir (2002).

Aktyor Nurəddin Mehdixanlı aktyor Qabil Quliyevin qardaşıdır.

 

x