Novruz Qartal

aktyor

Personal Info

  • Doğum tarixi: 20.03.1947
  • Vəfat tarixi: 08.01.2022

Biography

Novruz Qartal (Novruz Əliyev Yaqub oğlu) Qərbi Azərbaycanda anadan olub. Orta məktəbdə ikən dram dərnəyində çıxış edib. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1966-1971). Əmək fəaliyyətinə 1965-ci ildə Texniki Təchizat İdarəsində fəhləlikdən başlayıb. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. İlk rolu Ağası Məşədibəyov və Məhərrəm Əlizadənin “Toy kimindir” tamaşasında Qoşun rolu olub (1968). 1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrına dəvət alıb. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib, aktyor truppasının rəhbəri olub. Əməkdar artist (2013) Novruz Qartal 2022-ci ildə vəfat edib.

 

 

x