Novruz Cəfərov

aktyor

Personal Info

  • Doğum tarixi: 13.03.1953

Biography

Novruz Adil oğlu Cəfərov (Novruz Cəfərl / Novruz Könüllü) Şəmkirin Könüllü kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasında təhsil alıb (1971-1975). Təyinatla Şəki Dövlət Dram Teatrına aktyor göndərilib, uzun müddət orada işləyib (1975-1997). 1997-ci ildən Gəncə Dövlət Dram Teatrının və Gəncə Dövlət Nizami Poeziya Teatrının aktyoru olub. Teatrda dramaturq və rejissor kimi də fəaliyyət göstərib. “Komediyalar” və “Sənət fədailəri” kitabları çapdan çıxıb. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (2017-2021). 2021-ci ildən yemidən Gəncə Dövlət Dram Teatrında işləyir. “Qızıl Dərviş” mükafat laureatı, Əməkdar artistdir (2013).

 

x