Nofəl Vəliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 21.01.1973

Biography

Nofəl Abdulməcid oğlu Vəliyev Göyçayın Ləkçıplaq kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1994). 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Dostoyevski adına Beynəlxalq Festivalın laureatıdır (2006, Staraya Russa / Rusiya). 2019-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Gənc Tamaşaçılar Teatrında və Türkiyədə tamaşalara quruluş verib. “Gec qalanlar” və “Qaçaq qocalar” tamaşaları “Ən yaxşı rejissor işi” nominasiyasında mükafata layiq görülüb (2015, Türkiyə). Əməkdar artistdir (2002).

Aktyor Nofəl Vəliyev aktrisa Leyli Vəliyevanın həyat yoldaşıdır.

 

x