Nodar Şaşıqoğlu

aktyor

Personal Info

  • Doğum tarixi: 13.03.1927
  • Vəfat tarixi: 12.04.2013

Biography

Nodar İzzətoviç Şaşıqoğlu Batumidə anadan olub. Milliyətcə acardır. B.Şukin adına Moskva Teatr Məktəbində təhsil alıb (1950). Moskvanın E.Vaxtanqov adına Teatrında, Taqanka Teatrında, Puşkin adına Leninqrad Dram Teatrında, Sankt-Peterburq Aleksandr Teatrında, “Mosfilm”də, Dovjenko adına kinostudiyada, Odessa kinostudiyasında və “Azərbaycanfilm”də fəaliyyət göstərib.

Müxtəlif ölkələrin istehsalı olan filmlərdə çəkilib:

“Albaniyanın böyük döyüşçüsü Skanderbeq” (1953, rejissor Sergey Yutkeviç / Albaniya, Rusiya) flmində II Muradın oğlu Mehmet rolunda,

“Andrieş” (1954, rejissorlar Yakov Bazelyan, Sergey Paracanov / Ukrayna) filmində Voynovan rolunda,

“Meksikalı” (1955, rejissor Vladimir Kaplunovski / Rusiya) filmində,

“Sevgilimin şərfi” (1955, rejissor Yevgeni İvanov-Barkov / Ukrayna) filmində Eldar Abukov rolunda,

“Dağlarda uçqun” (1958, rejissor Vasili Juravlyov / Rusiya) filmində,

“Kiçik faciələr: Daş qonaq” (1966, rejissorlar Antonun Dauson, Lyubov Fedotova / Rusiya) film-tamaşasında Don Quan rolunda,

“Vətən oğulları” (1968, rejissor Lətif Fayziyev / Özbəkistan) filmində İsgəndər Səlimov rolunda,

“Vəzir-Muxtarın ölümü” (1969, rejissorlar Roza Sirota, Vladimir Reçepter / Rusiya) filmində Hoca Abbas rolunda,

“Düşmə bucağı” (1970, Rejissor: Gennadi Kazanski / Rusiya) filmində Aleksandr Rakov rolunda,

“Qəzəb” (1979, rejiisor Sergey Yevlaxişvili / Rusiya) serialında Dolinski rolunda,

“Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində,

“Nar adalarında” (1981, rejissor Tamara Lisiçian / Rusiya) filində Nar adaları Respublikasının nümayəndəsi rolunda,

“And içilmiş yazı” (1983, rejissorlar Amiran Darsavelidze, Qiqa Lordkipanidze / Gürcüstan) serialında Potyomkin rolunda çəkilib.

2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Azərbaycanın (1983) və Rusiyanın Xalq artisti, “Şöhrət” ordeni laureatı (2007) Nodar Şaşıqoğlu 2013-cü ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

 

x