Nizami Abbas

rejissor, operator

Personal Info

  • Doğum tarixi: 01.01.1957

Biography

Nizami Vəli oğlu Abbas (Nizami Abbasov) Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində təhsil alıb (1988). İlk fəaliyyətinə “Lenfilm”də (1974-1975, Rusiya) operator köməkçisi kimi başlayıb. 1976-cı ildən “Azərbaycanfilm”də, daha sonra “Yaddaş” studiyasında işləyib. 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib və döyüş bölgələrində çəkilişlər aparıb. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub (1992-1998). Əvvəlcə operator, daha sonra rejissor kimi fəaliyyət göstərir. 2005-ci ildən etibarən özünün təsis etdiyi “Yurdfilm” studiyasına rəhbərlik edir. Əməkdar incəsənət xadimidir (2007). “Balaban” filmi “sənədli filmdə ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Rejissor, operator Nizami Abbas operator Üzeyir Abbasın atasıdır.

 

x