Niyazi Bədəlov

rejissor

Personal Info

  • Doğum tarixi: 10.07.1909
  • Vəfat tarixi: 02.11.1997

Biography

Niyazi Mustafa oğlu Bədəlov Şəkidə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1931-1936, Sergey Eyzenşteynin sinfi). 1927-ci ildə Şəkidəki “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Keçən əsrin 30-cu illərinin sonlarında M.F.Axundov adına Bakı Dövlət Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib. Müharibə illərində cəhbə bölgələrində çəkilişlər edib. Moskvanın “Novosti dnya”, “Po strane sovetov” kinojurnalları üçün yüzlərlə süjet çəkib. Həmçinin respublikada həvəskar kino hərəkatının təşkilatçılarından biri olub. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb. Niyazi Bədəlov 1997-ci ildə vəfat edib.

 

x