Niyazi adına Dövlət Simfonik Orkestri

musiqi ifaçısı

Biography

Azərbaycan Televiziyası və Radiosu Niyazi adına Simfonik Orkestri

Azərbaycan Televiziyası və Radiosunun Simfonik Orkestri

Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Simfonik Orkestri

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri

Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri

Aleksandr Şvartsın rəhbərliyi ilə simfonik orkestr

Niyazi adına Dövlət Simfonik Orkestri 1931-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaranıb. O vaxtlar bədii rəhbər və baş dirijor Aleksandr Şvarts olub. SSRİ Xalq artisti Mstislav Rostropoviçin atası Leopold Rostropoviç məhz bu orkestrdə uzun illər konsertmeyster olub. 1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, 2-ci dirijoru isə Çingiz Hacıbəyov olub. Üzeyir Hacıbəylinin dəvətilə Bakıya gəlmiş Avstriya dirijoru Otto Ştrasser bu kollektivdə bir neçə il işləyib. 1944-cü ildə orkestr Tbilisidə Zaqafqaziya ongünlüyündə müvəffəqiyyətlə çıxış edib. Böyük Vətən Müharibəsi illərində isə orkestr qospitallarda yaralı əsgərlər qarşısında Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov və başqa müğənnilərlə çoxsaylı konsertlərlə çıxış ediblər.

1971-ci ildə Xalq artisti Ramiz Məlik-Aslanov, 1992-1995-ci illərdə Əməkdar incəsənət  xadimi İsmayıl Hacıyev, 1995-ci ildə Əməkdar incəsənət xadimi Yaşar İmanov kollektivə bədii rəhbər və baş dirijorluq ediblər. Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev 2006-2013-cü illərdə orkestrin baş dirijoru, Əməkdar incəsənət xadimi Azad Əliyev və başqaları uzun müddət bu orkestrdə fəaliyyət göstəriblər. Hazırda orkestrin dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

x