Nicat Qafuroğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 15.06.1984

Biography

Nicat Qafuroğlu (Nicat Mustafayev Qafur oğlu) Kürdəmir rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisasında təhsil alıb (2001-2005, 2006-2008-magistr). 2002-ci ildə bir qrup gənc jurnalistlə “Gənclər üçün” adlı qəzet təsis edib. “Ədalət” gündəlik ictimai-siyasi qəzetdə müxbir (2003-2005), İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir (2005-2006), redaktor və aparıcı (2006-2007) kimi fəaliyyət göstərib. “Gənclik meydanı” verilişinin müəllifi və aparıcısı olub. 2010-cu ildə “Biz Production” MMC-ni təsis edib. 2014-cü ilə qədər bu müəssisəyə rəhbərlik edib. “Milli musiqilərin ekranlaşdırılması” layihəsini həyatab keçirib (2010-2011). Layihə çərçivəsində unudulmaqda olan 16 aşıq musiqisi yenidən lentə alınıb və klip formatında ekranlaşdırılıb. Azərbaycanın ilk xəbər televiziyası Türkel TV-nin baş redaktoru (2014-2016), həmçinin “Gündəm” gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı olub. 2016-2018-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzində rejissor kimi fəaliyyət göstərib. 2018-ci ildə ARB 24 televiziyasının baş prodüseri vəzifəsinə təyin olunub.

2001-ci ildən şeirləri də dərc olunur. “Mobil sevgilər” şeir kitabının, 1 povestin (“Külək qapını döyəndə”), 3 romanın müəllifidir.

Şair, rejissor Nicat Qafuroğlu rejissor Sirac Mustafayevin qardaşıdır.

 

x