Nicat Məmmədov

prodüser

Personal Info

  • Doğum tarixi: 03.02.1989

Biography

Nicat Vilayət oğlu Məmmədov Ağdamda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Beynəlxalq münasibətlər ixtisasında təhsil alıb (2007-2011). ELTV, ARB Aran televiziyasında ictimai, sosial-siyasi, mədəni sahələri əhatə edən verilişlərin redaktoru, prodüseri, layihə rəhbəri kimi çalışıb. ARB Aranfilm Yaradıcılıq Mərkəzinin Baş koordinatoru olub (2016-2020). Çalışdığı filmlər yerli və beynəlxalq festivallarda mükafata layiq görülüb. Hazırda ELTV-nin baş koordinatoru işləyir.

 

x